BolgeXeber.Com » İdman » "Formula 1"də sərbəst yürüş başladı

"Formula 1"də sərbəst yürüş başladı

28-04-2023, 14:10
Oxunub: 1 736
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb.

Bolgə.TV xəbər verir ki, yarış saat 13:30-da start götürüb.

Bu gün, həmçinin, əsas pilotların sıralama turu da gerçəkləşəcək. Əsas yarış aprelin 30-da təşkil olunacaq.

Azərbaycan Qran-prisinədək "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 132 xalla liderdir. Onun meksikalı komanda yoldaşı Serxio Peres 116 xalla ikinci, "Aston Martin"in ispaniyalı sürücüsü Fernando Alonso 85 xalla üçüncü pillədə qərarlaşıb. "Mercedes"dən almaniyalı britaniyalı Lyuis Hemilton 64 xalla dördüncü, Alonsonun "Ferrari"dəki həmyerlisi Karlos Sayns 39 xalla beşincidir.

Konstruktorlar kubokunda "Red Bull" 123 xalla birinci, "Aston Martin" 65 xalla ikinci, "Mercedes" 56 xalla üçüncü yerdədir.