BolgeXeber.Com » İdman » Məşhur idmançıdan tarixi uğur

Məşhur idmançıdan tarixi uğur

6-11-2023, 16:38
Oxunub: 2 584

Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatında yeni rekorda imza atıb.

Bolgə.TV xəbər verir ki, o, bir mövsümdə ən çox qələbə qazanan sürücü kimi tarixə düşüb. Braziliya Qran-prisinin qalibi olan Ferstappen mövsüm ərzində baş tutan 21 mərhələnin 17-də finişə birinci çatıb.

Üçqat dünya çempionu karyerası ərzində 52-ci dəfə Qran-prinin qalibi olub. Bu göstəriciyə görə Alen Prostu qabaqlayan 26 yaşlı idmançı dördüncü pilləyə yüksəlib.

Ən çox qələbə qazanan ilk üç sürücü Lyuis Hemilton (103), Mixael Şumaxer (91) və Sebastyan Fetteldir (53).