Qurbanov “Qarabağ”dan ayrılacaq?-AÇIQLAMA
15-03-2024, 16:33
Oxunub: 1 472
Açığı, hazırda komandamı dəyişmək barədə fikirləşmirəm. Mənim özümə yox, Azərbaycana marağın olmasına sevinirəm.
Bolgə.TV xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer 04” klubuna 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
“Bu komanda haqqında danışılırsa, oyunçularına diqqət ayrılırsa, deməli, onların harada, hansı çempionatda oynamaları ilə maraqlanırlar. Mən özüm “Qarabağ”a çox bağlıyam, sadiqəm. O ki qaldı futbolçulara, həmişə uğur qazanan heyəti qoruyub saxlamaq istəmişik. Təəssüf ki, bəzən alınmayıb. Bunun da faydası olub. Avropa futbolunun “transfer bazarı”na girmək böyük uğurdur. Oyunçularımızla maraqlanırlarsa, bunun bizə gələcəkdə ancaq xeyri dəyəcək. Bizdən asılı olan hər şeyi etmişik”, - baş məşqçi bildirib.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər