BolgeXeber.Com » İdman » "Qalatasaray"-"Yuventus" oyunu bu gün saat 18:00-da olacaq - (Video, Foto)
"Qalatasaray"-"Yuventus" oyunu bu gün saat 18:00-da olacaq - (Video, Foto)
11-12-2013, 10:40
Oxunub: 4 557
Çempionlar Liqasının son turunda oynanan "Qalatasaray"-"Yuventus" oyunu İstanbula güclü qar yağmağa başlaması üzündən matçın 31-ci dəqiqəsində yarımçıq dayandırılıb.
Virtualaz.org xəbər verir ki, oyunu dayandırmaq qərarını UEFA komissarı ilə məsləhətləşən hakimlər briqadası verib. Oyunun portuqaliyalı baş hakimi meydandakı xətləri görə bilməyincə oyunu dayandırıb. Onun oyunu rəngli topla davam etdirmək səyləri də nəticəsiz qalıb.
Əvvəlcə stadionun texniki işçiləri ot örtüyünü sürətlə bürüyən qarı təmizləməyə çalışıblar. Amma güclü qar onların bu səylərini heçə çıxarıb. Beləliklə, "Qalatasaray"-"Yuventus" oyunu dayandırılıb. 31-ci dəqiqədə yarımçıq dayandırılan oyunda hesab 0:0 idi.
Son anda verilən məlumata görə, "Qalatasaray"-"Yuventus" oyunu bu gün - dekabrın 11-də Bakı vaxtı ilə saat 18:00-da qaldığı yerdən, yəni 31-ci dəqiqədən davam etdiriləcək. Bu məlumat "Qalatasaray" klubunun rəsmi facebook səhifəsində yerləşdirilib.
Bolgexeber.com
Bolgexeber.com
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər