83 yaşlı qoca intihar etdi
8-01-2012, 13:45
Oxunub: 5 531
Hadisə Zərdab rayonu Təzəkənd kəndində baş verib
Dünən günorta saatlarında Zərdab rayonunun Təzəkənd kəndində intihar hadisəsi baş verib. Zərdab rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Adil Əsədovun Bolgexeber.com-a verdiyi məlumata görə, intihar edən şəxs 83 yaşlı Gülməmməd Nurməmməd oğlu Nuriyev olub. O özünü yaşadığı evin həyətindəki ağacdan asıb.
83 yaşlı şəxsin hansı səbəbdən intihar etməsi dəqiq məlum olmasa da, mərhum mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirmiş. Rəis müavininin sözlərinə görə, Gülməmməd Niriyev müalicə olunsa da bu heç bir effekti olmayıb. Gülməmməd Nuriyevin qonşularının verdiyi məlumata görə, mərhumun müalicə üçün maddi vəsait tapmaqda çətinlik çəkirmiş.
5 qız, 1 oğul atası olan Gülməmməd Nuriyev Təzəkənddə həyat yoldaşı ilə birlikdə yaşayırmış. Qızlarının hamısı ailəli olduqlarına görə, valideynləri ilə qalmırmış. Mərhumun oğlu isə Rusiyada yaşayırmış.
Qeyd edək ki, Nuriyevlər ailəsində heç bir ailədaxili münaqişənin olmadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər