Bakıda yenə qar gözlənilir
30-01-2012, 11:35
Oxunub: 5 292
Ölkə əraizisndə qeyri-sabit hava şəraiti bu gündə davam edəcək.
Bakıda və Abşeron yarımadasında yanvarın 30-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşam və gecə bəzi yerlərdə az qar yağacağı gözlənilir.
Temperaturun gecə 4-6° şaxta, gündüz 1° şaxtadan 2°-dək isti olacaq.
Bakıda gecə 3-5° şaxta, gündüz 0-2° şaxta olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək -769 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq, yollar buz bağlayacaq.
Naxçıvan Muxtar Respublikasında havaların əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qar yağacağı gözlənilir. Temperatur gecə 7-12° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəy rayonlarında havaların əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı, axşam və gecə isə qar yağacağı gözlənilir. Temperaturun gecə 12-17°, gündüz 2-7° şaxta olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havaların əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qar yağacağı gözlənilir. Temperaturun gecə 3-7° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havaların gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 4-9° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti, dağlarda gecə 13°-18°, gündüz 4-8° şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23° şaxta olacağı prpqnozlaşdırılır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında havaların əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman, axşam isə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 3-7° şaxta, gündüz 1° şaxtadan 4° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gecə və səhər bəzi yerlərdə qar yağacağı gözlənilir. Dağlarda duman olacaq.
Temperaturun gecə 2-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti, dağlarda gecə 12-17°, gündüz 1-5° şaxta olacağı gözlənilir.
Ölkə ərazisində yollar buz bağlayacaq.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər