Bakıda qayın yeznəsini güllələdi
8-02-2012, 11:15
Oxunub: 5 267
Döş qəfəsindən yaralanmış 41 yaşlı kişinin həyatını həkimlər xilas edib
Fevralın 7-də Bakıda silahlı insident baş verib. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, NZS qəsəbəsi, Mingəçevir küçəsi 4 ünvanında 1958-ci il təvəllüdlü Hümbətov İsmayıl İmran oğlu öz yeznəsi, 1971-ci ildə anadan olmuş Əliyev Müqabil Qədim oğlunu güllələyib. O, ov tüfəngi ilə yaxın qohumunun döş qəfəsinə atəş açıb. M.Əliyev təcili olaraq, yaxınları tərəfindən Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb. Həkimlər yaralının üzərində cərrahiyyə əməliyyatı keçirib və onun həyatını xilas edib.
Qeyd edək ki, hadisə ailə münaqişəsi zəminində baş verib. İ.Hümbətov saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər