Bakıda 100-dən artıq piyada cərimələndi
14-02-2012, 13:30
Oxunub: 4 921
Bakıda yanvarın 1-dən fevralın 11-dək 94 yol qəzası qeydə alınıb. Nəticədə 13 nəfər ölüb, 128 nəfər xəsarət alıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Bolgexeber.com-a bildirib ki, qeydə alınan hadisələrin 51 faizi sürət həddinin aşılması, 27 faizi ötmə, manevr və yolayrıcını keçmə qaydalarının pozulması, 14 faizi ara məsafəsinin saxlanılmaması, qalan hissəsi isə digər pozuntular səbəbindən baş verib.
İdarə əməkdaşları tərəfindən ötən dövrdə 32 911 yol hərəkəti qaydalarının pozuntusu qeydə alınıb.
Qeydə alınan pozuntuların 3943-ü ötmə, manevr və yolayrıcı qaydalarının pozulması, 1374-ü işıqforun qırmızı işığında keçmə, 411-i avtomobili sərxoş vəziyyətdə idarə etmə, 244-ü qəza şəraiti yaratma, 247-si polisin qanuni tələbinə tabe olmama, 178-i sürət hədini aşma, 49-u avtomobili nömrəsiz idarə etmə, 209-u sərnişindaşıma qaydalarını pozma, 36-sı avtoxuliqanlıq, 571-i avtomobili sürücülük vəsiqəsi olmadan idarəetmə, 609-u avtomobili pərdə, plyonkalı idarə etmə ilə bağlı olub.
Bu müddətdə 112 piyada yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb və inzibati qaydada cəzalandırılıb.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər