BolgeXeber.Com » BÖLGƏ TV » “Azərsu” üzr istəyir

“Azərsu” üzr istəyir

15-02-2012, 13:00
Oxunub: 5 074 Bu gün və sabah paytaxtın Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” Acıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Bolgexeber.com-a verilən məlumata görə, suyun verilişində məhdudiyyətlər Bakı şəhəri Ziya Bünyadov küçəsində 1200 mm-lik magistral su xəttində baş vermiş qəza ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.