BolgeXeber.Com » BÖLGƏ TV » Nazir nöqsanli işçisini qovdu

Nazir nöqsanli işçisini qovdu

8-06-2012, 19:55
Oxunub: 5 922 ƏƏSMN sistemində kadr islahatlarinin yeni mərhələsi

Redaksiyamıza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr islahatlarının həyata keçirilməsi ilə bağlı məlumatlar daxil olub. Məlumatlı dairələrdən Bolgexeber.com-a ötürülən xəbərdə bildirilir ki,birbaşa olaraq nazir Füzuli Ələkbərovun əmri əsasında ƏƏSMN-nin Mingəçevir şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinin bir əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb.

Bildirək ki, redaksiyamıza məlumatı verən mənbə ƏƏSMN sistemində total kadr islahatlarının da həyata keçiriləcəyini bildirib. Bununla bağlı, əməkdaşlarımız ƏƏSMN-nin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə əlaqə saxlayıblar.

Redaksiyamıza əldə etdiyimiz məlumatların həqiqi olduğunu təsdiqləyən şöbənin sözçüsü Asəf Əliyev bildirdi ki, həqiqətən də belə bir əmr verilib: «Cənab nazirin əmri əsasında Mingəçevir şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin mühasibətlıq uçotu sektorunun məsləhətçisi Yusibov Aslan Gülmalı oğlu tutduğu vəzifəsindən azad edilib. Və bu qərarın verilməsinə səbəb həmin əməkdaşın işində yol verdiyi nöqsanlar olub».

Asəf Əliyevin sözlərinə görə, ƏƏSMN sistemində çalışan istənilən bir əməkdaşın işində nöqsan buraxmasının qarşısının alınması məqsədilə bu kimi tədbirlər bundan sonra da davam etdirələcək: «Burada başlıca məqsəd əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılmasıdır. Hansısa vətəndaşa qarşı haqsızlıq edilirsə, cənab nazir bunu bağışlamayacaq».

Onu da qeyd edək ki, redaksiyamıza bir başqa ünvanlardan daxil olan məlumatda da bildirilir ki, birbaşa olaraq nazir Füzuli Ələkbərovun ƏƏSMN sisteminin bütün əməkdaşlarına «kimdən narazılıq olacaqsa, o, işindən könüllü getməlidir» şəklində təlimatı var: «Yəni Füzuli Ələkbərov bu məsələdə çox sərt davranır. Və son günlər nazirlik sistemində cəza tədbirlərinin artması da əslində, təqdim olunan işin keyfiyyətinin artırılması məqsədinə xidmət edir».