BolgeXeber.Com » BÖLGƏ TV » Gülər Əhmədovanın rüşvət videosu ölkə gündəmini zəbt etdi - Video

Gülər Əhmədovanın rüşvət videosu ölkə gündəmini zəbt etdi - Video

26-09-2012, 11:30
Oxunub: 4 982 “Universitet rektoru, kitabxana direktoru və deputat Milli Məclisə bir yerin qiyməti barədə alver edirlər”

Dünən axşamdan yayılan video material ölkənin bütün ictimai-siyasi arenasında müzakirəyə çevrilib. Artıq məsləyə bir sıra siyasi partiyalar və ictimai şəxslər münasibətini açıqlayır.

Bolgexeber.com həm məlum videonu, həm də ona olan reaksiyaları təqdim edir

İsa Qəmbər: “Universitet rektoru, kitabxana direktoru və deputat Milli Məclisə bir yerin qiyməti barədə alver edirlər. Şair demişkən, görünür ki, kimin əli kimin cibindədir. İqtidarın ölkəmizə sırıdığı "elm", "təhsil", "mədəniyyət", "əxlaq", "siyasət" budur. Bu rəzilliyə ümümxalq etirazını təşkil etməliyik"

Əli Kərimli: "Gülər Əhmədovanın rüşvət etirafı, YAP-ı, ölkədəki seçki sistemini, hökumətin antikorrupsiya komissiyasını, Əliyevlərin idarəetməsini sarsıtdı".

Bəxtiyar Hacıyev: "O qədər deputat olmaq istəyən var ki, amma seçici bir dənədir"

Fuad Qəhrəmanlı: "Dəhşətdir! Bu biabırçılığa iqtidar nə don geyindirəcək? Gülər Əhmədova Elşad Abdullayevə deyir ki,"sənə görə prezidentdən keçən siyahını( deputat olacaq şəxslərin siyahssını) pozdurmuşam".

Bu həmdə həya hissinin itrilmə dərəcəsinin testi olacaq ki, hansı iqtidar nümayəndəsi bundan sonra çıxıb baş verənlərə don geyindirməyə çalışacaq".

Tofiq Yaqublu: "Bizim mütəxəssislərimiz Elşad Abdullayevin Gülər Əhmədova ilə deputat mandatı bazarlığı diskinin üzərində yaxşı işləyib, danışıqları subtitrlərlə verməlidirlər. Həm türkcəmizdə, həm də ingiliscə. Bu çox vacibdir"/musavat.com/