BolgeXeber.Com » BÖLGƏ TV » Sevgilisini 122 metr yüksəklikdən aşağı atdı –İnanılmaz (Video)

Sevgilisini 122 metr yüksəklikdən aşağı atdı –İnanılmaz (Video)

20-03-2013, 14:20
Oxunub: 4 819 ABŞ-ın Utah əyalətində Creighton Baird adlı gənc sevgilisini 122 metr yüksəklikdən aşağı atıb.

"Daily Mail"in xəbərinə görə, dərin uçurumda belinə ip bağlayıb yellənən Creighton Baird sevgilsi Jessica Povellin də bunu etməsi üçün onu uzun zaman dilə tutub.

Təxminən 45 dəqiqə gənc qıza cəsarət verməyə çalışan Baird sevgilisinin etirazlarına fikir vermədən onu 122 metr yüksəkdən aşağıya itələyib. Qızın üzərində ip olduğundan ölməyib. Amma çox qorxan gənc qadın havadaykən sevgilisinə "səni tərk edirəm" deyə xəbərdarlıq edib.

Bairdin "Youtube"a qoyduğu video izlənilmə rekordları qırıb. Baird videoya əlavə etdiyi qeyddə, "Bəli, sevgilimlə ayrıldıq, amma onu itələdiyim üçün deyil" deyə məlumat verirb
publika.az