BolgeXeber.Com » BÖLGƏ TV » 5 nəfərin ölümünə səbəb olan qəza ilə bağlı YENİ DETAL

5 nəfərin ölümünə səbəb olan qəza ilə bağlı YENİ DETAL

15-10-2021, 11:24
Oxunub: 14 832 Oktyabrın 13-də səhər saatlarında aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində baş verən faciəvi qəza ilə bağlı yeni detal üzə çıxıb.

Bolgexeber.com xəbər verir ki, 5 nəfərin ölümü, 25 nəfərin yaralanması ilə nəticələnən qəzanın baş verməsində ittiham olunan 19 yaşlı Mahmud Əzizovun idarə etdiyi "Mercedes Atego" markalı maşın qardaşına məxsus olub.

Məlum detalı Mahmud Əzizovun atası Babagözəl Əzizov da təsdiqləyib. O, Baku TV-yə açıqlamasında dekanın onunla əlaqə saxladığını, Mahmuddan razılıq etdiyini bildirib:

"Hadisə ilə bağlı dəqiq heç nə deyə bilmərəm. Bu məsələni dövlətimiz araşdıracaq. Bakı Mühəndislik Universitetinin 3-cü kurs tələbəsidir. Mənə axşam dekan da zəng etmişdi. Mahmud haqqında təəssüfləndi. Sürücülük vəsiqəsini alandan sonra qardaşının maşını ilə boş vaxtlarda yük daşıyırdı. Ona etibarnamə vermişdi.

Onun dərsi günortadan sonra idi. İkinci növbə idi. O, evə gəlib, dinləcib və dərslərinə baxıb dərsə gedəcəkdi. Mənə elə gəlir ki, burada tələsmək müddəti yoxdur".