Tərtərdə vətəndaşların müraciətlərinə həsasslıqla yanaşılır
22-06-2022, 10:27
Oxunub: 20 328
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasında insan amili, onun maddi rifahı, problemlərinin həlli, vətəndaş məmur münasibətlərində vətəndaş məmnunluğunun təmin edilməsi durur.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyəti başçısının yerlərdiyi keçirdiyi səyyar-qəbul görüşlərində, şəhərdə keçirilən vətəndaş qəbullarında sakinlərin müraciətlərinə həsasslıqla yanaşılır, həlli mümkün problemlər yerində həll olunur, icrası araşdırma tələb edilən məsələlər icraata götürülür.
May ayının 14-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 20 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədən kənar qəbul edilərək, problemləri həll olunub.
Qəbulda vətəndaşlardan Səkinə İbrahimova, Mehman Məhərrəmov, Roza Həsənova, Əliyar Haqverdiyev, Möhübbət İsmayılov, Pakilet İsmayılova, Etibar Qasımov, Lətafət Mayılova Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, şirkət tərəfindən təmir-bərpa işlərinin düzgün aparılmaması, şəhid anası Xanımzər Əliyeva icarəsinə həyatyanı torpaq verilməsi, Nailə Mayılova, İlqar Cəfərli işlə, Pəricahan İsmayılova ünvanlı sosial yardımla, Xəyal Abdullayev evi yandığı üçün təmirinə köməklik göstərilməsi ilə, Muşviq Qəhrəmanov ona həyətyanı torpaq sahəsi verilməsi və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətləri qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.
Qəbulda məmur vətəndaş münasibətlərində vətəndaş məmnunluğu təmin edilib.
Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiribləır.







Çox Oxunanlar
- 6-09-2023, 16:00 : İlham Əliyev Fərman imzaladı
Siyasət / Xəbərlər
- 16-09-2023, 11:21 : Borca görə axtarışda olan 160 nəfər saxlanıldı
Xəbərlər / Ölkə
- 9-09-2023, 18:00 : Bu icra başçısı da müavinini işdən çıxardı
Xəbərlər / Ölkə
- 16-09-2023, 18:00 : NATO-nun Baş Qərargah rəisləri toplandı
Dünya / Xəbərlər
- 7-09-2023, 09:25 : 7-ci sinif şagirdi küləyə görə faciəvi şəkildə öldü
Sosial / Xəbərlər
- 26-09-2023, 17:46 : Çay Üzü kəndinə təbii qaz verilib
Xəbərlər / Ölkə
- 26-09-2023, 09:43 : Qənirə Paşayevanın son durumu açıqlandı
Xəbərlər / Ölkə
- 12-09-2023, 18:00 : Messi 11 milyona villa aldı
İdman / Xəbərlər
- 15-09-2023, 18:48 : Tərtərin Azad Qaraqoyunlu kəndində Heydər Əliyev Fondu tərəfindən inşa edilən məktəb binası istifadəyə verilib
Bölgə / Xəbərlər
- 30-09-2023, 18:18 : Ermənistandan açılan snayper atəşi: şəhidimiz var - MN
Xəbərlər / Ölkə