İnterpol “Wikileaks”in sahibi barədə axtarış elan etdi
1-12-2010, 13:25
Oxunub: 5 466
İnterpol “Wikileaks”in sahibi barədə axtarış elan etdi
Culian Assanc barədə bir neçə məsələ ilə bağlı cinayət işi qaldırılıb
Beynəlxalq Polis Təşkilatı İnterpol “Wikileaks” saytının qurucusu Culian Assanc haqqında axtarış qərarı çıxarıb. “Bolgexeber.com” un məlumatına görə, İnterpol İsveç Ali Məhkəməsinin verdiyi istintaq qərarı əsasında axtarış elan edib. ABŞ səfirliyindəki daxili yazışmaları saytında dərc edən Assanc təcavüz etdiyi üçün artıq İnterpol tərəfindən hər yerdə axtarılır. İsveç Ali Məhkəməsinin istintaqa cəlb etdiyi Assanc təcavüz və cinsi istismar kimi ağır cinayətlərə görə İnterpolun ən çox axtarılanlar siyahısındadır.
İngiltərənin məşhur türk vəkillərindən Qədir Qurtuluş məsələ ilə bağlı verdiyi açıqlamada bildirib ki, Assanc rəsmi olaraq şahid qismində məhkəməyə çağırılıb. Onun haqqında həbs olunma qərarını nəyə əsaslandığı tam bilinmədiyindən İngiltərə tərəfinin cəza tətbiq edib etməyəcəyi şübhə altındadır.
Hər hansı bir ölkənin beynəlxalq sirlərinin ifşa edilməsi, həmin ölkədə ciddi cinayət sayılır. Sirləri ifşa edilən və milli təhlükəsizliyi təhlükəyə girən bir çox ölkədə, Assanc haqqında iddia qaldırıla bilər. Maraqlı olan isə ABŞ-ın başqa ölkələrin icazəsi olmadan, onların milli təhlükəsizliyi ilə əlaqədar olan məsələləri icazəsiz olaraq meydan çıxması, ABŞ haqqında beynəlxalq məhkəmələr və ya təşkilatlar da istintaq tələbi ortaya çıxa bilər.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər