Belarusda prezidentliyə 7 namizəd tutulub
20-12-2010, 15:25
Oxunub: 5 943
Yerli hakimiyyət isə bu barədə rəsmi açıqlama yaymayıb
Ötən gün Belarusda keçirilən prezident seçkisinin nəticələrinin açıqlanmasından sonra müxalifətdən olan 9 namizəddən 7-si milis tərəfindən saxlanılıb. "Bolgexeber" -in CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə namizədlərə yaxın mənbə məlumat yayıb.
Məlumata görə, bunlar Andrey Sannikov, Vladimir Nekliayev, Nikolay Statkeviç, Riqor Kastussev, Vitali Rimaçevski, Ales Mikaleviç ve Dimitri Usdur.
Yerli milis isə onların saxlanılması ilə bağlı hələ ki, heç bir açıqlama verməyib.
Saxlanılanlar arasında olmayan namizəd Yaroslav Romançuk isə “Exo Moskvı” radiostansiyasına müsahibəsində beynəlxalq ictimaiyyəti ölkə rəhbərliyinə təzyiq etməyə və Belarusdakı vəziyyəti diqqətdə saxlamağa çağırıb.
Qeyd edək ki, müxalifət bazar günü Belarusda keçirilən prezident seçkisinin nəticələrinə etiraz əlaməti olaraq küçələrə çıxıb. Müxalifətçilərlə milis əməkdaşları arasında toqquşma baş verib.
Belarusda keçirilən prezident seçkisində seçicilərin iştirak səviyyəsi 90,66% təşkil edib. İlkin nəticələrə görə, seçkidə 79,67% səslə hazırkı prezident Aleksandr Lukaşenko qələbə qazanıb.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər