Kim Çen In Messidən də güclü futbolçular yetişdirəcək
18-11-2016, 16:46
Oxunub: 3 548
Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbəri Kim Çen In futbolçuların hazırlığının yüksəldilməsini yaxın gələcəkdə ölkənin prioritet strateji hədəfi olduğunu açıqlayıb
Bolgexeber.com Publika.az-a istinadən xəbər verir ki, indiki məqamda FİFA reytinqində 126-cı pillədə qərarlaşan Şimali Koreya futbol millisi tarixi ərzində cəmi iki dəfə - 1966 və 2010-cu illərdə dünya çempionatlarının final mərhələsində oynayıb.
Pxenyandakı Beynəlxalq futbol məktəbinin müəllimi Yu On deyib: “Futbolçuları elə hazırlayacağıq ki, Messidən də yaxşı olsun. Əvvəlcə Asiyada liderlər sırasına yüksəlməliyik. Daha sonra isə dünya miqyasında lider olacağıq”.
Şimali Koreya millisinin baş məşqçisi Yorn Anderson isə nisbətən real fikirlər irəli sürüb: “KXDR-da Messi səviyyəsində futbolçunun yetişəcəyinə inanmıram. Ancaq Asiya standartlarına görə, güclü oyunçular yetişdirmək mümkündür. Koreyada xeyli istedadlı uşaqlar var. Təəssüf ki, onlar yalnız ölkə daxilində oynayırlar. Belə şərtlərdə güclü futbolçu yetişdirmək çətindir”.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 6-05-2024, 15:58 : Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi
Analitika / Xəbərlər
- 26-04-2024, 16:25 : Xocalı lalələrlə bəzənib
Bölgə / Xəbərlər