Günün qoroskopu: qətiyyətli, sərt və hətta aqressiv olun
17-01-2017, 10:02
Oxunub: 2 509
Əqrəb - işlərin aparılması ilə bağlı köhnə, ənənəvi üsullar artıq işlək deyil
Qoç - imkan olarsa, bu gün taym-aut götürün və həddən ziyadə məsuliyyət, konkret ağır zəhmət tələb etməyən işlərlə məşğul olun. İşlərin gedişatında mühüm dönüş və ya münasibətlərdə yeniliyə səbəb ola biləcək spontan vəziyyət yarana bilər.
Buğa - sözün əsl mənasında sayıq və hazırlıqlı olun. Hansısa işi və ya münasibəti ağırlaşdırmayın, vəziyyətə düzgün reaksiya verərək problemləri hərəkətdə həll edin. Baş verənləri izləyin, nəticə çıxarın.
Əkizlər - başınızın üstündə buludlar sıxlaşır. Şəxsi münasibətlər, iş, yaradıcılıq və oyunlar güclü təəssüratlarla yanaşı, xoşagəlməz hisslər də bəxş edə bilər.
Xərçəng - doğru yolu seçin, mühüm mövzunun ətrafındakı auradan gələn siqnal və işarələri anlamağa çalışın. Heç bir halda ifrata varmayın, inadkarlıq etməyin, gərginlik yaratmayın.
Şir - informasiya, yeni məlumatlar, standart olmayan qərarlar tələb edən işlə məşğul olun. Səfərə çıxmayın - gözlənilməz hadisə ilə qarşılaşa bilərsiniz.
Qız - ünsiyyətdə səmimi olun. Sizi çoxdan narahat edən məsələnin üstü açıla bilər. Hadisələr də, təbii ki, sürətlənəcək.
Tərəzi - güc və qüvvəniz artsa da, izafi emosional olsanız, işinizin effektivliyi azalacaq. Çətin qərar verməli, müxtəlif sahələrdəki maraqları birləşdirməli, başlanmış layihəyə final ştrixi vurmalı olacaqsınız.
Əqrəb - işlərin aparılması ilə bağlı köhnə, ənənəvi üsullar artıq işlək deyil. Çox incə yeniliklər yolu keçməli olacaqsınız. Düzgün düzənə əl atın, qarşınıza konkret hədəf və məqsəd qoyun, qüvvənizi bölüşdürün.
Oxatan - Sizə yaxın olan, maraq və istəklərinizi bölüşən insanlarla təmasda olun. Gözəl, rahat nə isə alın. Alış-verişdə simiclik etməyin.
Oğlaq - bu gün qətiyyətli, sərt və hətta aqressiv olun. Kiminlə nə iş görməyi müəyyənləşdirin. Perspektivləri müşahidə edin, yolunuzda peyda olan adamlara diqqətlə baxın.
Dolça - yaxın ətrafınızdakı insanlardan fərqli olaraq, soyuqqanlı və təmkinli davranmağa can atın. Yollamağa hazırlaşdığınız informasiyanı bir daha yoxlayın və kompüterin yaddaşında saxlayın.
Balıqlar - məqsədləriniz ətrafdakı insanların istəkləri ilə üst-üstə düşmürsə, onların gözləntilərinə qarşı çıxırsınızsa, münaqişə və dartışmalar qaçılmazdır. Sayıq olun, tələsik qərarlar verməyin, rəqibin sizi üstələməsinə şərait yaratmayın.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 6-05-2024, 15:58 : Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi
Analitika / Xəbərlər
- 26-04-2024, 16:25 : Xocalı lalələrlə bəzənib
Bölgə / Xəbərlər