Cənubi Koreyanın mədəniyyət, idman və turizm naziri həbs edilib
21-01-2017, 14:10
Oxunub: 3 930
Cənubi Koreyanın mədəniyyət, idman və turizm naziri Ço Yun Sun hökumətin yüksək təbəqələrində korrupsiya qalmaqalıyla bağlı yaradılmış xüsusi komissiyanın müstəntiqlərinin tələbi əsasında həbs edilib və vəzifəsindən istefa verib
Bu barədə "Report" "Kyodo" agentliyinə istinadən xəbər verir.
Ço Yun Sun ölkə prezident Pak Kın He hökumətinə qarşı tənqidi mövqedə olan mədəniyyət və incəsənət nümayəndələrini "qara siyahı"ya salmaqda şübhəli bilinir. Tərkibinə artisit, musiqiçi, mədəniyyət xadimlərinin daxil olduğu "siyahı"da 9400-dən çox nəfərin adı olub. Bu addım onlara hökumət tərəfindən hər hansı subsidiya verilməsi və yardım göstərilməsinin qarşısını almaq məqsədilə atılıb.
Məhkəmə, həmçinin Prezident Administrasiyasının keçmiş rəhbərinin həbsi üçün order verib.
Ço Yun Sun ölkə tarixində vəzifə səlahiyyətlərini yerinə yetirərkən həbs edilən ilk nazir olub.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər