Günün qoroskopu: yeni iş üslubuna keçmək olar
24-01-2017, 09:43
Oxunub: 2 293
QOÇ - Ümumi ovqatınızda mənfi fəsadlar nəzərə çarpacaq. Lakin bu, saat 14-dən o yana keçməyəcək. Çünki qalan müddətdə Göy qübbəsi var gücü ilə sizi sevindirəcək. Naşükürlük etməyin!
BUĞA - Fəaliyyətlə bağlı bəzi uğurlarınız gözlənilir. İşinizdə əsaslı dönüş yaratmaqla buna nail ola bilərsiniz. Sənədləşdirmə məsələlərinə maksimum diqqətlə yanaşın. Uzaq yola çıxmaq məsləhət görülmür.
XƏRÇƏNG - Qərar verməkdə başqalarının fikirlərinə aludə olmasanız, bu təqvimdən razı qalacaqsınız
ƏKİZLƏR - Bacardığınız qədər oturaq işlərə ara verin. Ən azı ona görə ki, bu təqvimdə qazandığınız uğur və zövq yalnız səyyar fəaliyyətlə bağlı olacaq. Qonaq getmək, gəzintiyə çıxmaq da olar.
XƏRÇƏNG - Qərar verməkdə başqalarının fikirlərinə aludə olmasanız, bu təqvimdən razı qalacaqsınız. İndiki məqamda əlçatmaz olan arzuların arxasınca qaçıb əbəs yerə vaxt itirməyin.
ŞİR - Əməkdaşlıq zəminində müəyyən uğurlar əldə edə bilərsiniz. Hətta yeni iş üslubuna keçmək də olar. Amma çalışmalısınız ki, təşəbbüskarlıq qarşı tərəfdən irəli gəlsin.
QIZ - Nahara qədər əsəblərinizi qoruyun ki, sonrakı müddətdə qarşınıza çıxan şanslardan lazımi qədər bəhrələnə biləsiniz. Saat 16-18 arası perspektivli danışıqlarda bəxtiniz gətirə bilər.
TƏRƏZİ - İqlimin qeyri-stabilliyi səhhətinizlə bağlı narahatlıq yaratmasın deyə, özünüzü buna hazırlamalısınız. Göy qübbəsi bu təqvimdə maddi durumunuzun yaxşılaşacağını bəyan edir. Amma yeni işlərə başlamamalısınız.
ƏQRƏB - Ümumi görüntü gərginliklə müşayiət olunsa da, əməkdaşlıq zəminində sizi böyük uğurlar gözləyir. Boş oturmaq haqqında düşünməməlisiniz. Nə qədər aktiv olsanız, nailiyyətləriniz də artacaq.
OXATAN - Bu təqvimdə bir qədər neytral mövqedə dayanmağınız məsləhət görülür. Nahardan sonra ciddi və riskli işlərə qol qoymayın. Unutmayın ki, gün ərzində mənfi yüklü Ay bürcünüzdə meydan sulamaqdadır.
OĞLAQ - İşgüzar əlaqələrdə, eləcə də qarşılıqlı sövdələşmələrdə tədbirli olun. Çünki ulduzların düzümü bu istiqamətdə bəzi maneələrin olacağından xəbər verir. Yalan vəd verməyin.
SUTÖKƏN - Olduqca təzadlı bir təqvimdir. Günün ümumi mənzərəsi atacağınız addımlardan birbaşa asılı olacaq. Həmkarlarınızla mübahisələrə yol verməyin. Nahardan sonra ziyarətgahlara gedin.
BALIQLAR - Risk etməyə lüzum yoxdur. Kiminsə təlimatlarına aludə olmaqdansa, reallığa uyğun addım atın. Unutmayın ki, indi sizin çıxılmaz vəziyyətə düşməyinizi istəyənlər çoxdur.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 6-05-2024, 15:58 : Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi
Analitika / Xəbərlər
- 26-04-2024, 16:25 : Xocalı lalələrlə bəzənib
Bölgə / Xəbərlər