Avstraliya parlamentində siyasətçi ilk dəfə uşaq əmizdirdi
10-05-2017, 12:06
Oxunub: 3 643
Senator Larisa Uoters Avstraliya parlamentində uşaq əmizdirən ilk siyasətçi olub
Bolgexeber.com bu barədə BBC-yə istinadən xəbər verir.
“Sol Yaşıllar” partiyasının üzvü olan Larisa Uoters parlamentdə iki aylıq qızı Alia Joyu çərşənbə axşamı səsvermə zamanı əmizdirib.
Avstraliya parlamenti 2016-cı ildə qanuna edilən dəyişikliklərlə körpəni yedirməyə icazə verib. Amma Uotersə qədər heç bir siyasətçi bu hüququndan istifadə etməyib.
Daha öncə uşaqlara parlament binasında olmaq qadağan edilmişdi, uşaqlarını əmizdirmək üçün çıxmalı olan qadın siyasətçilər etibarnamə ilə səs verə bilərdilər.
“Parlamentdə daha çox qadına və anaya ehtiyac var. İş zamanının daha elastik olması hər kəs üçün daha yaxşı olardı. Uşaqların qulluğa ehtiyacı var”, - Uoters “Facebook” hesabında yazıb.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər