Türkiyədə helikopter qəzası - 3 nəfər öldü
18-09-2023, 15:56
Oxunub: 632
Türkiyənin İzmir bölgəsində helikopter qəzası nəticəsində itkin düşən 3 heyət üzvünün nəşi tapılıb.
Bolgə.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat verib.
Qeyd edək ki, dünən İzmirin Menderes rayonundakı yanğına müdaxilə edən helikopterlərdən biri anbardan su götürərkən qəzaya uğramışdı. 4 heyət üzvlərindən biri xilas edilsə də, 3 nəfərin axtarışları aparılırdı.