BolgeXeber.Com » Dünya » Messi Bekhemdən tələb etdi: Onu da yanıma gətirin

Messi Bekhemdən tələb etdi: Onu da yanıma gətirin

7-11-2023, 15:10
Oxunub: 2 280

"İnter Mayami"nin hücumçusu Lionel Messi Florida təmsilçisinə daha bir sabiq komanda yoldaşının transfer edilməsini istəyir.

Bölgə TV xəbər verir ki, o, hazırda "Sevilya"da çıxış edən İvan Rakitiçi ABŞ klubunda görmək istəyir.

Futbolçular “Barselona”da birgə çıxış ediblər. Xorvatiyalı hazırkı komandasında qalmaq istəyərsə, maaşının əhəmiyyətli dərəcədə azalmasına razı olmalıdır. MLS-dən gələn təklif onu maraqlandıra bilər. Argentinalı Mayami klubunun rəhbərliyinə bu istəyini bildirib.

Qeyd edək ki, "İnter Mayami"də Messinin "Barselona"dan komanda yoldaşı var. Söhbət Serxi Buskets və Xordi Albadan gedir. Gələn ilin yanvarında Luis Suaresin də ABŞ klubuna qoşulacağı gözlənilir.