BolgeXeber.Com » Dünya » Bu ölkənin vitse-prezidenti təyyarə qəzasında öldü

Bu ölkənin vitse-prezidenti təyyarə qəzasında öldü

11-06-2024, 12:03
Oxunub: 928
Təyyarə qəzası nəticəsində Malavinin vitse-prezidenti Saulos Çilima həlak olub.

Bolgə.TV xəbər verir ki, bu barədə adıçəkilən Afrika ölkəsinin hökuməti məlumat yayıb.
Xatırladaq ki, dünən vitse-prezident və daha 9 nəfərin olduğu təyyarənin radardan itdiyi barədə xəbərlər yayılmışdı. Bundan dərhal sonra axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.
Axtarış nəticəsində məlum olub ki, təyyarə qəzaya uğrayıb və göyərtəsində olanlardan heç biri sağ qalmayıb.