BolgeXeber.Com » Dünya » Rusiyada polis Azərbaycan bayrağı ilə atəş açan kortej iştirakçılarını saxlayıb

Rusiyada polis Azərbaycan bayrağı ilə atəş açan kortej iştirakçılarını saxlayıb

11-06-2024, 14:21
Oxunub: 1 040
Rusiyanın Balaşixa şəhərində polis odlu silahdan atəş açan və üzərində Azərbaycan bayrağı olan toy kortejinin üzvlərini saxlayıb.

Bolgə.TV verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Hadisə Reutovskaya küçəsində baş verib. Moskva-Nijni Novqorod yolu ilə toy korteji hərəkət edirdi və onun maşınlarından birindən havaya atəş açılıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Polis əməkdaşları hadisə iştirakçılarını saxlayıb və ərazi şöbəsinə aparıblar”, - deyə idarədən bildirilib.
Qeyd olunub ki, Reutovskaya küçəsində həyətdə olan insanlar toy korteji, rəqslər, Azərbaycan bayraqları olan avtomobillər və göyə açılan atəş səslərindən qəzəbləniblər.