BolgeXeber.Com » Dünya » Qonşuda güclü zəlzələ baş verdi

Qonşuda güclü zəlzələ baş verdi

24-03-2025, 15:25
Oxunub: 792 İranın cənub-şərqindəki Kirman əyalətində 5 bal gücündə zəlzələ olub.
Bolgə.tv xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri 8 km dərinlikdə qeydə alınıb.
Qeyd olunub ki, İran Qızıl Aypara Cəmiyyətinin iki xilasedici qrupu dəyən ziyanın miqyasını qiymətləndirmək üçün zəlzələ baş verən əraziyə yaxın kəndlərə göndərilib.