Ziya Bünyadovda “Mercedes”lə “oyun çıxaran” sürücü görün nələr etdi

Okt 2, 2025 - 06:02
 0  212

Paytaxtın Ziya Bünyadov prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü görüntülənib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə sentyabrın 30-da saat 08:52 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 90-UQ-102 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü əvvəlcə hərəkətdə olduğu zolaqdan sağa manevr edir. Lakin həmin zolaq boş olmadığı üçün o, iki zolağın ortasıyla hərəkət edərək digər avtomobillərə qəza şəraiti yaradır. Yolboyu israrlı davranan sürücü sol zolaqdakı “Toyota” markalı maşını dəfələrlə sıxışdırır və sonda həmin zolağa keçir. Bununla kifayətlənməyən “Mercedes” sürücüsü yenidən sağa manevr edərək iki zolağın ortasıyla hərəkətini davam etdirir. Bu vaxt “Toyota” sürücüsü onu ötüb keçir. Ardınca “Mercedes” sürücüsü sürəti artıraraq ona yaxınlaşır.