Azərbaycanda daha bir iş adamı ofisində qətlə yetirildi-Yenilənib
10-08-2011, 17:45
Oxunub: 5 123
Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, dünən 66 yaşlı Qəhrəman Cəlilov işlədiyi ofisdə bıçaqlanıb.
Ağır bıçaq xəsarətləri ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilən yaralı orada ölüb. Hadisə metronun "Gənclik" stansiyasının yaxınlğında, F.X.Xoyski 81 ünvanında yerləşən ev alqı-satqı ofisində baş verib. Qətlin kim tərəfindən törədilməsi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, təxminən bir ay əvvəl Nərimanov ərazisində daha bir iş adamı otağında killer tərəfindən qətlə yetirilmişdi.
***
Rayon Polis İdarəsindən Bolgexeber.com-a verilən məlumata görə, qətlin Şərur rayon sakini Vaqif Cəfərov tərəfindən törədildiyi məlum olub. O, Q.Cəlilova bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. V.Cəfərovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Onu da əlavə edək ki, V.Cəfərov kriminal aləmdə nüfuza malikdir və o, "Kəpənək Vaqif" ləqəbi ilə tanınır.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər