BolgeXeber.Com » Siyasət » İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

6-04-2024, 16:31
Oxunub: 5 904
Prezident İlham Əliyev “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1107-VIQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Bolgə.TV sərəncamın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Şəfəq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin fəaliyyətinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanının 2-ci hissəsi ilə təsdiq edilmiş “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”na uyğun təşkili üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1107-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin