Azərbaycanda qeyri-qanuni tikililər siyahıya alınır
7-07-2010, 14:15
Oxunub: 7 968
Dövlət adından qanunsuz icazələri verən şəxslər müəyyən ediləcək.
Tikinti üçün nəzərdə tutulmayan ərazilərdə inşa edilmiş tikinti obyektlərinin siyahısı hazırlanır.
Dövlət Şəhərsalma və Memarlıq Komitəsi (DŞMK) Beynəlxalq Əlaqələr və İnformasiya Şöbəsinin rəisi Cahangir Qocayevin “Bolgexebere”-e bildirdiyinə görə, yaşayış və başqa mülki obyektlər üçün torpaq sahəsi veriləndə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr bir çox qanun pozuntusuna yol veriblər. Belə ki, son illər ərzində Azərbaycanda park və şəhər bağçalarının ərazisində, yaşayış binalarının arasında yüzlərlə kommersiya və yaşayış obyektləri tikilib və tikilməkdədir. Həm də ki, sayı hələlik dəqiq məlum olmayan, lakin həqiqətən həddindən çox olan bu tikili sahibləri hansı yollarlasa tikinti üçün icazə və hətta mülkiyyət sənədləri ala biliblər. DŞMK-da bu cür "şübhəli" obyektlərin siyahısı hazırlanır. Materiallar müvafiq qərar qəbul edilməsi üçün məhkəmə və başqa instansiyalara göndəriləcək.
"Söhbət bu cür obyektlərin sökülməsindən getmir. Vəzifə ondan ibarətdir ki, dövlət adından müvafiq icazə verən şəxslər müəyyən edilsin", - deyə Qocayev bildirib.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər