BolgeXeber.Com » Gündəm » “Azəralüminium”un 8 işçisi tutuldu

“Azəralüminium”un 8 işçisi tutuldu

9-10-2010, 05:40
Oxunub: 6 896

Sumqayıt şəhərində yerləşən “Azəralüminium” ASC-nin istehsalat sahəsindən mis endirmələri oğurlamaqda şübhəli bilinən şəxslər tutulub.

“Bolgexeber”-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 7-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da çəkisi 5.375 kiloqram olan 215 ədəd mis endirmələri kəsib oğurlamaqda şübhəli bilinən həmin ASC-nin işçiləri Namiz İbadov, Emil Nadirov, Murad Muradov, Elgün Vəliyev, Camal Harunov, Ədalət Həsənov, Aydın Əliyev, Çingiz Qafarov tutulub. Mis endirimlərini onlardan almış Sumqayıt şəhər sakini Mahir Məmmədov da yaxalanıb.