Azərbaycanda tükürpədici qətl
12-10-2010, 13:15
Oxunub: 6 984
Qardaş qardaşın üzərindən "Kamaz"la keçdi
Azərbaycanın Tovuz rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Çeyrançöl düzündə Aşağı Ayıblı kənd sakini 35 yaşlı Müşfiq Nağıyev mübahisə zəminində qardaşı Şaiq Nağıyevi qətlə yetirib.
Müşfiq qətli ağlasığmaz amansızlıqla törədib. Belə ki, bu gecə M.Nağıyevlə qardaşı arasında mübahisə düşüb. İki qardaş arasında mübahisə davaya çevrilib. Müşviq Şaiqi döyüb və bununla ürəyi soyumayaraq ağlasığmaz əmələ əl atıb. O, Şaiqi yerə uzadaraq "Kamaz"la üstündən keçib. Şaiq hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları da gördükləri mənzərədən dəhşətə gəliblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər