«İnsanlar saxtakarlıq olacağından narahatdır»
30-10-2010, 11:35
Oxunub: 6 521
Elşad Paşasoy: «Seçicilər seçiəcəkləri şəxsin deputatlığının təsdiqinə Tanrının möcüzəsi kimi baxırlar»
72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Elşad Paşasoyun seçicilərlə görüşü davam edir. Dünən daha iki kənddə görüşlər keçirilib. Bu barədə saytımıza məlumat verən deputatlığa namizədin Seçki Qərargahından bildiriblər ki, həmin görüşlər Yardımlının Alar və Şıxhüseynli kəndlərində baş tutub.
Dəniz səviyyəsindən 2200 metr hündürlükdə yerləşən bu kəndlərin sakinləri deputatlığa namizədlərin indiyə qədər buralara gəlmədiklərini deyiblər. Görüşdən sonra təəssüratlarını bizimlə bölüşən Elşad Paşasoy deyib ki, siyahı üzrə bu kəndlərdə 1500 seçici var. «Həvəslə görüşə gəlirdilər. Rayon mərkəzindən 35 kilometr uzaqda olan bu kəndlərdə vəziyyət dözülməzdir. Yolları ümumiyyətlə, acınacaqlıdır. İnsanlar təəccüb etmişdilər ki, payızda buralara necə gəlib çıxmışıq».
Paşasoy daha sonra deyib ki, kənd sakinlərinin onun mətbuatdakı fəaliyyətindən və indiyə qədər həyata keçirə bildiyi işlərdən xəbərdardırlar. «Hamısı səs verəcəklərini vəd etdi. Amma narahatçılıqları olduqlarını da gizlətmədilər. Dedilər ki, əsas narahatlıqları səslərinin saxtalaşdırıla biləcəyidir. Hesab edirlər ki, əgər səsləri saxtalaşdırılmasa və əhalinin seçdiyi şəxs seçilərsə bu artıq Tanrının möcüzəsi olacaq. Həmin kəndlərdəki seçki məntəqələrinə müşahidəçilərimizi də təyin etdik».
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes