BolgeXeber.Com » Gündəm » Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak edib
22-07-2010, 16:20
Oxunub: 7 103
Azərbaycan prezidenti İlham Əliyev iyulun 22-də Mətbuat Şurasının yeni binasının açılışında iştirak edib.
”Bolgexeber”-ın “AzerTAc” agentliyinə istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Prezidentə məlumat verilib ki, əsaslı şəkildə və müasir üslubda yenidən qurulmuş ikimərtəbəli binada şura üzvlərinin və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binanın ümumi tikinti sahəsi zirzəmi ilə birlikdə 700 kvadratmetrdir. Ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılmış, binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə sistemləri quraşdırılıb.
Binada xidməti otaqlarla yanaşı, konfrans zalı, müraciətlərin qəbulu, monitorinq qrupu və komissiyalar üçün otaqlar da yerləşir.
Bina ilə tanışlıqdan sonra prezident İlham Əliyev Mətbuat Şurası idarə heyətinin üzvləri ilə görüşüb, onları həm Milli Mətbuat Günü, həm də yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, tövsiyələr verib.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər