Bakıda gəmi partladı: 6 yaralı
15-02-2011, 01:25
Oxunub: 6 820
Fevralın 14-də saat 23 radələrində Bakı buxtasında təmirə dayanmış gəmidə partlayış baş verib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, 6-cı mədən yaşayış massivində təmirə dayanmış “Hüseyn Abdullayev” yük gəmisində qaynaq işləri zamanı qaz sızması səbəbindən partlayış olub.
Hadisə nəticəsində 6 nəfər yaralanıb. Onlardan 3 nəfəri ağır yanıq xəsarətləri alıb. Gəmidəki fəhlələrdən 2 nəfər (Rafiq Qarayev və atası Yurka Qarayev) partlayış zərbəsindən ağır travma alıblar. Daha 1 nəfər isə müxtəlif xəsarətlərlə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.
Şahidlər Bolgexeber.com-a bildiriblər ki, Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri Aydın Bəşirov hadisə yerindədir.
Partlayışın nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə