Bakıda partlayış: 3 ölü
3-08-2011, 13:30
Oxunub: 6 224
Bakıda kolbasa sexində partlayış baş verib.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov Bolgexeber.com -a bildirib ki, hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər isə yaralanıb.
Ölənlər və yaralının şəxsiyyəti müəyyənləşdirilir.
Klinik Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov isə bildirib ki, yaralının bədəninin müxtəlif hissələrinə şüşələr batıb. Onun bədənindən şüşələr təmizlənir. Salahov deyib ki, ilkin ehtimala görə, onun üzərində əməliyyat aparılmasına ehtiyac yoxdur.
Yaralı kişi cinsindəndir və şəxsiyyəti müəyyənləşdirilir, vəziyyəti qənaətbəxşdir.
Hadisə yerinə 3 yanğınsöndürən maşın yollanıb. Hadisənin nə səbəbdən baş verdiyi barədə hələlik məlumat verilməyib.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb.
Qeyd edək ki, hadisə şahidlərinin sözlərinə görə, partlayışa səbəb qaz sızması olub.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes