“Uşaq futbolunda istedadları məhv edirlər” – Məşqçi harayı
18-11-2022, 13:26
Oxunub: 8 976
“Uşaq futbolunda istedadlı azyaşlılar məhv olur. Onlara futbolun təməl texnikası, fiziki və topsuz məşqlər düzgün keçirilmir. AFFA-nın məşqçilik kursları məşqçilər üçün vacibdir. Orada düzgün iş qaydası öyrədilir. Lisenziya alsan da, almasan da keçdiyin təcrübə inkişaf üçün çox faydalıdır”.
Bu sözləri Aut.az saytına “AZART” futbol klubunun baş məşqçisi Səxavət Ağazadə uşaq futbolundakı problemlərdən danışarkən deyib. O, daha sonra belə davam edib:
“Əfsus ki, indiki gənc çalışdırıcılar öz üzərilərində çox işləmirlər. Bəzi ödənişli klublar var ki, orada xeyli istedadlı uşaqlar məhv olur. Məşqçilər öz xeyirlərinə görə azyaşlıları başqa klublara yönəltmir. Təsəvvür edin ki, 13-14 yaşlı uşaqlar oyundankənar vəziyyət qaydasını bilmirlər.
Komandalar çempionata 20-30 uşaqla yollanır, lakin yarışda yeddi, doqquz nəfərlik komandalarla çıxış edirlər. Yerdə qalan uşaqlar isə oyun təcrübəsindən məhrum olurlar. Uşaq futbol oynamırsa, onun inkişafından söhbət gedə bilməz.
Məşqçilər azyaşlıları bir yerə yığıb onların hamısını komandada saxlamamalıdırlar. Uşaq futbolunda elə klublar var ki, ölkədəki bütün yaxşı oyunçuları yığıb yarışlara qatılır. Bu halda isə rəqabət olmur. Bu gün uşaq futbolunda elə çatışmazlıqlar var ki, danışmaqla bitməz. Əgər gələcəyimizi düşünürüksə, uşaq futboluna diqqət və qayğını artırmalıyıq”.
Çox Oxunanlar
- 21-12-2024, 17:57 : Salatlarla bağlı BÖYÜK TƏHLÜKƏ
Sosial / Xəbərlər
- 18-01-2025, 17:50 : Ərdoğandan daha bir XƏBƏRDARLIQ
Dünya / Xəbərlər
- 21-12-2024, 16:52 : Məşhur boksçu həyatınl itirdi
İdman / Xəbərlər
- 3-01-2025, 17:57 : Azər Baxşalıyeva böyrək köçürüləcək?
Şou-Biznes / Xəbərlər
- 23-12-2024, 14:59 : Canan Karatay: Səhər yeməyində çörək əvəzinə bu tərəvəzləri yeyin!
Sosial
- 23-12-2024, 13:44 : Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Sosial
- 24-12-2024, 14:51 : Nəriman Axundzadə dünyada 7-ci oldu
İdman / Xəbərlər
- 2-01-2025, 17:23 : "Qarabağ" 65-ci oldu
İdman / Xəbərlər
- 29-12-2024, 14:34 : Kreml Bakıya görə Kadırovu qurban verir
Bölgə
- 23-12-2024, 10:55 : Sehrli gücə malik olan yeganə bürc
Sosial