Bərdədə çağırışçılar hərbi xidmətə yola salındı -FOTO
7-04-2015, 17:11
Oxunub: 4 844
Bərdədə həqiqi hərbi xidmətə çağırışçıların təntənəli yola salınma mərasimi keçirilib
Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bərdə rayon şöbəsinin rəisi polkovnik leytenant Mətləb Murquzov açaraq çağırışçı gənclərə uğurlar arzulamışdır.
Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin Milli Ordumuzun yaradılmasındakı xidmətlərindən, möhtərəm Prezidentimiz, Ali Baş komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrin qüdrətlənməsi yolundakı fəaliyyətindən, Ordu ilə xalqın monolit birliyindən danışmışdır.
Tədbirdə çıxış edən valideynlər və çağırışcılar ölkə Prezidenti, Ali Baş kimandaan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, dövlətimizin möhkəmləndirilməsi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda Milli Ordumuzun qüdrətlənməsinə öz bacarıq və səylərini əsirgəməyəcəklərini bildirmişlər.
Çağırışçılar Dövlət Bayrağını öpərək Vətənə sədaqətlə xidmət edəcəklərinə and içdikdən sonra rayon Mədəniyyət evinin”Qarabağ” xalq çalğı alətləri ansamblının şən musiqi sədaları altında hərbi xidmətə yola salınmışlar
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes