BolgeXeber.Com » Ölkə » Şəmkirin icra başçısı Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna niyə qənim KƏSİLİR?
Şəmkirin icra başçısı Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna niyə qənim KƏSİLİR?
18-05-2019, 14:24
Oxunub: 4 242
Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədov erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərova məxsus torpaq sahəsini əlindən alır.
Kürdoğlu Əsgərov bildirib ki, 5 il bundan qabaq icarəyə götürdüyü torpaq sahəsinin müqaviləsinin vaxtı qurtarmaq üzrədir. Buna görə dəfələrlə müraciət etsə də, icra hakimiyyəti müqaviləni yeniləmir.
Şikayətçi şəxs məqsəd kimi də icra hakimiyyətinin torpaq sahəsinin külli miqdarda pul qarşılığında türk şirkətlərinə satmaq niyyətinin olduğunu bildirir.
Məsələ ilə bağlı Şəmkir rayon icra hakimiyyəti mətbuat xidmətinin rəhbəri Elgün Seyidov Modern.az-a danışıb.
“Əvvəlcə onu bildirim ki, şikayətçi olan şəxsin ailəsi Şəmkir rayon İcra Hakimiyyətinin hər zaman diqqət mərkəzindədir. Məsələ bundan ibarətdir ki, imzalanan müqavilənin vaxtı başa çatıb. Yenidən müqavilə imzalamaq üçün icra hakimiyyəti həmin torpaq sahəsinin həmin şəxsə və ya başqalarına icarəyə verməsi üçün aidiyyatı qurumlara məsələn, Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət ünvanlayır.
Qeyd etdiyim bəzi qurumlardan müqavilənin yenilənməsi ilə bağlı etiraz gəlib. Lakin icra hakimiyəti müraciət ünvanlayıb. Ərazinin satılması ilə bağlı xəbər də tamamilə yalnışdır”.
Modern.az isə məsələ ilə bağlı qısa araşdırma aparıb. Məlum olub ki, Azərbaycandan Gürcüstana çəkilən yeni yolun bir qismi Kürdoğlu Əsgərovun torpağından keçir.
Həmin torpaq sahəsinə görə isə külli miqdarda kompensasiya düşür. Bu baxımdan da Şəmkirin icra başçısı həmin torpaq sahəsinə ələ keçirmək istəyir.
Üstəgəl, yol çəkilişi üçün lazım olan materialları icra başçısı öz inhisarına salmaq niyyətindədir.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər