Füzuli rayonunun tibb işçiləri peşə bayramlarını qeyd ediblər
18-06-2019, 09:57
Oxunub: 2 648
Füzuli rayonunda səhiyyə obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrlarla, müasir tibbi avadanlıqlarla təminatı istiqamətində ardıcıl tədbirlər görülür
Son illərdə rayonun Böyük Bəhmənli kəndində Tibb Mərkəzi, Zobucuq və Qayıdış qəsəbələrində xəstəxanalar inşa olunaraq ən müasir tibbi avadanlıqla təmin edilib. Hazırda Bala Bəhmənli kəndində rayon mərkəzi xəstəxanası üçün 80 çarpayılıq yeni bina tikilir.
Bu faktlar Füzuli rayonunda tibb işçilərinin peşə bayramına həsr olunan mərasimdə səsləndirilib. Səhiyyə işçiləri əvvəlcə Horadiz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyub, dahi rəhbərə ehtiramlarını bildiriblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, rayon mərkəzi xəstəxanasının Baş həkimi Natiq Şükürov və başqaları çıxış edərək, peşə bayramı münasibətilə səhiyyə işçilərini təbrik edib, məsul və şərəfli peşələrində uğurlar arzulayıblar. Çıxışlarda respublikamızda həyata keçirilən səhiyyə-tibb islahatlarından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib.
Sonda tibb işçilərinin bir qrupuna fəxri fərman təqdim olunub.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər