Maskalı günlər geri qayıdır? - Deputat açıqladı
16-07-2022, 12:32
Oxunub: 4 544
Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, 1 may 2022-ci ildən etibarən Azərbaycanda tibbi maska taxmaq tələbi ləğv edilib. Buna baxmayaraq, səhiyyə naziri Teymur Musayev əhaliyə qapalı məkanlarda, xüsusilə avtobus və metroda tibbi maskadan istifadəni tövsiyə edir. Son günlər dünya ölkələrində COVID-19-a yoluxma artdığından, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da ölkələrə çağırış edərək maska rejiminə qayıtmağı məsləhət görür.
Məsələ haqqında Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Muatafanın sözlərinə görə, maska ilə bağlı xəbərdarlıq edilibsə, tələb də olacaq:
“Narahatlıq üçün əsaslar var. İnsanlar qorunmurlar, şəxsi gigiyenaya əməl etmirlər. Söhbət maskadan getmir, amma toyda, yasda, ictimai nəqliyyatda rahat vəziyyətdə, sanki yoluxma sayı artmayıbmış kimi hərəkət edirlər. Maska tələbənin olması mümkündür. Hər kəs ehtiyatlı olmalıdır, şəxsi gigiyena qorunmalıdır. Maska tələbi yenidən qüvvəyə minərsə, bunda özünü qorumayan vətəndaşların payı az olmayacaq. Təbii, çətin günlərə qayıtmağı kimsə istəmir, amma əhalinin sağlamlığı baxımından bu olmalıdır".
Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirusa 155 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər isə vəfat edib. Aktiv xəstə sayı isə 650 nəfərə çatıb.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər