Jalə Əhmədova ərinin ölümündən danışdı: "Anidən başını yerə qoydu"
5-10-2022, 13:24
Oxunub: 4 896
"Sağlamlığı ilə bağlı heç bir şikayəti yox idi. Axşam mədəsinin ağrıdığını və özünü yaxşı hiss etmədiyini dedi. Düşündüm, özünü yenə soyuğa verib. Elə bir az keçmişdi ki, anidən başını qoydu yerə. Sən demə, infarkt keçirirmiş".
Bu sözləri axar.az-a açıqlamasında millət vəkili Jalə Əhmədova həyat yoldaşının vəfatı haqda danışarkən deyib.
O bildirib ki, Babək Əhmədov 51 yaşında dünyasını dəyişib: "Elə çox yaşı da yox idi. Ürəktutmadan rəhmətə getdi. Valideynlərin qərarı ilə Xaçmazda öz doğmalarının yanında torpağa tapşırdıq”.
Qeyd edək ki, Jalə Əhmədova 2020-ci ildə 59 saylı Salyan Seçki Dairəsindən deputat seçilib. Millət vəkilinin iki övladı var. Mərhum Xaçmaz rayonunda dəfn olunacaq.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər