BolgeXeber.Com » Xəbərlər » Bərdədə “Breyn-rinq” üzrə rayon çempionatı keçirilmişdir-FOTO

Bərdədə “Breyn-rinq” üzrə rayon çempionatı keçirilmişdir-FOTO

14-11-2016, 18:48
Oxunub: 3 593 Bərdədə “Breyn-rinq” üzrə rayon çempionatı keçirilmişdir-FOTOFinal mərhələsində püşkatma nəticəsində 8 saylı və 2 saylı şəhər tam orta, 1 saylı və 3 saylı şəhər tam orta məktəblərin komandaları yarışmışlar

14 noyabr 2016-cı il tarixlərdə Şəhid Alı Mustafayev adına şəhər 5 saylı tam orta məktəbdə YAP Bərdə rayon təşkilatının, Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 24-cü ildönümünə həsr olunmuş “Breyn-rinq” üzrə rayon çempionatı keçirilmişdir. Çempionatda rayonun 12 məktəbinin (8 şəhər, 4 kənd) komandaları iştirak etmişdir.
Yarışın yüksək səviyyədə keçirilməsi və cavabların qiymətləndirilməsi üçün aşağıdakı tərkibdə münsiflər heyəti təyin edilmişdir:
1.Aydın Qasımov- Gənclər və İdman idarəsinin baş məsləhətçisi - sədr
2.Vüsal Quliyev - Təhsil şöbəsinin metodisti - üzv
3.Fuad Ağayev - YAP Bərdə rayon təşkilatının təlimatçısı,
YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədr müavini - üzv
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq ölkəmizdə gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğıdan danışdı və oyunun keçirilməsi qaydaları barədə məlumat verdi.
YAP Bərdə rayon təşkilatının təlimatçısı Fuad Ağayev çıxış edərək Yeni Azərbaycan Partiyasının təsis edilməsindən və 24 illik fəaliyyəti barədə danışdı.
Rayon Təhsil şöbəsinin müdir müavini İsmayıl Adıgözəlov çıxış edərək Bərdə təhsilinin uğurlarından danışdı və komandalara uğurlar arzuladı.
Püşkatma nəticəsində komandalar hər birində 4 komanda olmaqla 3 yarımqrupda öz güclərini sınamışlar. Çempionat əsasnaməyə uyğun olaraq keçirilmişdir.Öz yarımqruplarında daha güclü olan N.Gəncəvi adına şəhər 2 saylı, N.Nərimanov adına şəhər 3 saylı və T.İsmayılov adına şəhər 1 saylı tam orta məktəblərin komandaları final mərhələsində iştirak etmək hüququ qazanmışlar. Final mərhələsinə 4-cü vəsiqəni qazanmaq üçün uduzan komandalar arasında keçirilən mərhələdə şəhər 8 saylı tam orta məktəbin komandası qalib gəlmişdir.
Final mərhələsində püşkatma nəticəsində 8 saylı və 2 saylı şəhər tam orta, 1 saylı və 3 saylı şəhər tam orta məktəblərin komandaları yarışmışlar. Şəhər 3 və 8 saylı tam orta məktəblərin komandaları rəqiblərinə qalib gələrək I yer uğrunda, 1 və 2 saylı tam orta məktəblərin komandaları isə III yer uğrunda mübarizə aparmışlar. Daha yüksək bilik səviyyəsi nümayiş etdirən N.Nərimanov adına şəhər 3 saylı tam orta məktəbin komandası I yerə, şəhər 8 saylı tam orta məktəbin komandası II yerə, III yerə isə N.Gəncəvi adına 2 saylı tam orta məktəbin komandası layiq görülmüşdür.Fasilələrdə Gənclər və İdman idarəsinin könüllüsü İbrahim Abbaszadə hazırladığı müsiqi nömrələrini təqdim etdi.
Yarışın keçirilmə zamanı heç bir əsasnamə pozuntusuna yol verilməmişdir.
Qalib komandalar təşkilatçılar tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 24-cü ildönümünə həsr edilmiş təntənəli yiğincaqda müvafiq dərəcəli diplom və xatirə hədiyələri ilə mükafatlandırılacaqlar.
Bolgexeber.com
Bərdədə “Breyn-rinq” üzrə rayon çempionatı keçirilmişdir-FOTO
Bərdədə “Breyn-rinq” üzrə rayon çempionatı keçirilmişdir-FOTO
Bərdədə “Breyn-rinq” üzrə rayon çempionatı keçirilmişdir-FOTO
Bərdədə “Breyn-rinq” üzrə rayon çempionatı keçirilmişdir-FOTO
Bərdədə “Breyn-rinq” üzrə rayon çempionatı keçirilmişdir-FOTO
Bərdədə “Breyn-rinq” üzrə rayon çempionatı keçirilmişdir-FOTO
Bərdədə “Breyn-rinq” üzrə rayon çempionatı keçirilmişdir-FOTO