Sosial şəbəkələrdə yalan xəbər yayanlar həbs olunacaqlar - YENİ QAYDA
15-11-2016, 12:15
Oxunub: 1 976
“Azərbaycanda sosial şəbəkələrdə saxta profillərlə, başqa şəxslərin adları və saxta adlarla yalan xəbər, məlumat yayanlar, təhqiramiz fikirlər, təhlükəli çağırışlar edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər”
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.
Deputat bildirib ki, artıq Baş prokuror Zakir Qaralovun imzası ilə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi üçün qanun layihəsi Milli Məclisə daxil olub.
“Bu günə qədər sosial şəbəkələrdə saxta profillər və saxta adlarla yalan xəbərləri yayanlara, təhlükəli çağırışlar edənlərə qarşı cinayət məsuliyyəti yox idi. Bu, Azərbaycanda bir yenilikdir. Artıq bundan sonra bu məsələlərə ciddi hüquqi qiymət veriləcək. Artıq sosial şəbəkələrdə milli, dini ədavəti qızışdıranlara, müharibə çağırışları edənlərə də cinayət işi açılacaq. Cinayət Məcəlləsinə ediləcək dəyişiklikərdə cərimədən tutmuş həbsə, azadlıqdan məhrum etməyə qədər nəzərdə tutulub”-deyə Çingiz Qənizadə bildirib.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər