BolgeXeber.Com » Xəbərlər » Rusiya aviasiyası İdlibdə qaçqınları bombalayıb: Ölən və yaralananlar var

Rusiya aviasiyası İdlibdə qaçqınları bombalayıb: Ölən və yaralananlar var

8-04-2017, 11:44
Oxunub: 1 686 Rusiya aviasiyası İdlibdə  qaçqınları bombalayıb: Ölən və yaralananlar varABŞ-ın Suriya ordusunun aviabazasına endirdiyi zərbələrin ardından Rusiyaya məxsus hərbi təyyarələr İdlib şəhərini bombalayıb

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, şəhərin Hayiş bölgəsinə endirilən hava zərbələri nəticəsində 8 dinc sakin ölüb, çox sayda yaralıların olduğu bildirilir.

Məlumata əsasən, hücuma məruz qalan bölgədə Hama şəhərindən gələn qaçqınlar məskunlaşıb.

Aprelin 4-də Suriya aviasiyasının İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-ə keçən gecə isə ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Suriya ordusunun aviabazasına 59 raket buraxılıb.