Elmar Vəliyevlə bağlı nazirə şikayət OLUNDU
10-04-2017, 15:21
Oxunub: 2 096
Gəncədən bir qrup mədəniyyət işçisi Azərbaycan mədəniyyət naziri Əbülfəz Qarayevə şikayət məktubu ünvanlayıblar
Surəti "Təzadlar"a ünvanlı məktubda deyilir:
"Hörmətli cənab nazir Əbülfəz Qarayev, dahi bəstəkarımız Qara Qarayevin əziz xatirəsi naminə bu məktubu Sizə yazırıq. Azərbaycan mədəniyyətini təmsil edən biz insanların Gəncə İH-nin başçısı Elmar Vəliyev tərəfindən Gəncədə filarmoniya və bazar kompleksi tikintilərində, eləcə də digər işlərdə zorla qul kimi istismar olunması barədə Sizə yazdığımız müraciət və digər faktlarla bağlı araşdırma apardınızmı? Korrupsiya və dövlət əmlakının talanması ilə əlaqədar faktları Sizə təqdim etmişik. Ən böyük fakt Gəncə İcra Hakimiyyətinin binasına yaxın olan, tikilməkdə olan Filarmoniyadadır. Mədəniyyət işçiləri qul kimi səhərdən axşama qədər orada işlədilir, heç bir müqavilə və təhlükəsizlik tədbirləri yoxdur, qul kimi fəhlə yerinə işlədilirlər, əmək müfəttişliyi də yanlarında durur, susur, göz yumur... Bu faktlar. niyə araşdırılmır??? Gəncənin yolları bərbad haldadır, Prezident keçən yollardan başqa digər küçələrdəki yollar xarabalıqdır, səkilər bərbad halda, küçələr xarabalıq, şəhərin yolları dağılmış haldadır. Gəncə mədniyyət idarəsi işçiləri fəhlə əvəzi işlədilir, haqları tapdanır, bütün bunları görmək üçün hörmətli nazirlərimiz nağıllardakı kimi təğyiri-libas olub xalqın arasına çıxsın, görsünlər vəziyyət nə yerdədir... Bir daha xahiş edirik, tədbir görün!".
Redaksiyadan: Gəncədə olan bölgə müxbirimiz faktların doğru olduğunu təsdiqlədi, əlavə daha geniş reportaj hazırlanır. Təəssüflər olsun ki, qeyd olunan əsas məsələ-mədəniyyət işçilərinin tikinti sahələrində inşaatçı kimi işlədilməsi fakt olaraq mövcuddur... Məgər Gəncədə inşaat mütəxəssisləri yoxdur?
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər