BolgeXeber.Com » Xəbərlər » Azərbaycan Premyer Liqası hesaba alınmadı

Azərbaycan Premyer Liqası hesaba alınmadı

10-04-2017, 16:22
Oxunub: 2 406 Azərbaycan Premyer Liqası hesaba alınmadıAvropanın nüfuzlu liqalarında böyükhesablı nəticələrin çəkisi ilə bağlı araşdırmanın nəticələri açıqlanıb

Apasport.az saytının məlumatına görə, CİES şirkəti 31 ən güclü liqa, həmçinin Çempionlar Liqası və Avropa Liqası ilə bağlı hesabatını dərc edib.

Ötən il iyulun 1-dən bu il aprelin 3-dək olan dövrdə 33 turnirdə keçirilən görüşlər araşdırılıb. 3 və ya daha çox top fərqi ilə başa çatan matçların faizinə görə Kipr çempionatı Avropada 1-cidi. Burada oyunların 22,5 faizində belə nəticə qeydə alınır. Avstriya Bundesliqasında 21,5, Çempionlar Liqasında isə 21 faizində darmadağın yaşanır.

Rumıniyada isə böyükhesablı nəticə nadir hadisədi. Bu ölkədə 7,7, Finlandiyada 8,8 faiz matçda fərq böyük olur. Belə nəticələrin az olması üzrə 3-cü yerdə Norveçə məxsusdu. Skandinaviya təmsilçisi 11,8 faizlik göstəriciyə malikdi.

Əslində isə 3-cü pillədə Azərbaycan Premyer Liqası olmalı idi. Cari mövsüm 98 oyununda cəmi 9 böyük hesab qeydə alınan çempionatımızın 9,2 faizlik nəticəsi ilə yalnız Rumıniya və Finlandiyadan yuxarı idi.

Amma siyahını tərtib edənlər Azərbaycan Premyer Liqasını seçilən 31 ölkə siyahısından kənarda qoyub. Hərçənd, çempionatımız UEFA reytinqində qitənin 26-cısıdı.