BolgeXeber.Com » Xəbərlər » “Azərsun” əhalini belə aldadır: qiymətlə bərabər çəkini də endirir - Foto

“Azərsun” əhalini belə aldadır: qiymətlə bərabər çəkini də endirir - Foto

10-04-2017, 16:57
Oxunub: 2 741 “Azərsun” əhalini belə aldadır: qiymətlə bərabər çəkini də endirir - FotoAzərbaycanda ən böyük qida məhsulları istehsalçılarından biri olan “Azərsun Holding” bir neçə əsas ərzaq məhsullarının qiymətlərini aşağı saldığı haqda məlumat yayıb

Şirkətin sözçüsü mətbuata açıqlamasında bildirib ki, bəzi məhsulların qiyməti 6 qəpik, 15-25 qəpik aralığında azalıb.

Bolgexeber.com xəbər verir ki, Ölkə.Az saytı qısa araşdırma edərək maraqlı nəticə əldə edib.

Belə ki, əvvəllər tomat pastası bankaları 720 ml. idi, sonra 680 ml., indi isə 620 ml. edilib. Buradan isə bu nəticəyə gəlmək olur ki, satılan məhsulların qiyməti ilə yanaşı, çəkisi də azaldılıb.

Ölkənin ən böyük şirkətlərindən birinin istehsal etdiyi məhsulların keyfiyyəti dəfələrlə müzakirə mövzusu olsa da, şirkətin çəki ilə müqayisəli siyasəti sosial şəbəkədə də müzakirəyə səbəb olub.

Burada isə vacib olan holdinqin istehlakçıları aldadıb-aldatmadığı barədə yaranan sualdır.
Şəmkirdə mağazası olan sahibkar isə iddia edib ki, “Azərsun” heç bir məhsulun qiymətini endirməyib. O, bu barədə “Azərsun” rəsmisinin sosial şəbəkədə endirim barədə verdiyi məlumata şərh yazıb:

“Mən Şəmkirdə mağaza işlədirəm. Bu gün “Azərsun”a mal sifariş vermişəm və qiymətlərin aşağı düşüb-düşmədiyini soruşmuşam. Qiymətlər düşməyib!”.

Qeyd edək ki, sayt yazır ki, Azərbaycanın ən böyük holdinqlərindən birinə sözçülük edən Afiq Səfərov etik-danışıq qaydalarına riayət etmədiyi (bilmədiyi) üçün “Azərsun Holding” şirkətinin məsələ ilə bağlı mövqeyini öyrənə bilmədik.
“Azərsun” əhalini belə aldadır: qiymətlə bərabər çəkini də endirir - Foto
“Azərsun” əhalini belə aldadır: qiymətlə bərabər çəkini də endirir - Foto