“Kristal Abşeron”un kombi davası: Sakinlər etiraza qalxdılar – FOTOLAR
10-04-2017, 17:52
Oxunub: 7 170
Abşeron rayonu, Xirdalan şəhəri Heydər Əliyev prospekti 30 ünvanında yerləşən “Kristal Abşeron MMC”-yə məxsus binanın sakinləri etiraz aksiyası keçiriblər
Sakinlərin aksiya etməsinə səbəb MMC-nin müqavilədə göstərilən öhdəlikləri yerinə yetirməkdən imtina etməsi olub. Müqaviləyə əsasən “Kristal Abşeron MMC” əhalini isti su və istiliklə təmin etməli idi. Buna görə də sakinlərə 150 manat məbləğində isti su sayğacları da satılıb. İstiliyi evin hər kvadratına görə 0.40 manatdan , 1 kub isti suyu isə, 2.50 manatdan əhaliyə satan MMC, qazın qiyməti qalxdıqdan sonra istiliyin qiymətini 0.30 manat bahalandıraraq, 0.70 manat edib.
Sakinlərin sözlərinə görə, əhaliyə istiliyin və isti suyun artıq onlar tərəfindən təmin olunmayacağını, hər kəsin öz evinə, öz hesabına kombi çəkdirməsinin vacib olduğunu bildiriblər. Şikayətçilər qeyd ediblər ki, onlar kombi çəkilişinə etiraz edirlər və MMC öhdəliklərini yerinə yetirməyənə qədər etiraz aksiyaları davam edəcək.
Bundan başqa, nəzərə alsaq ki, burada yaşayan əhalinin 90 faizi evləri yüksək faizlərlə kreditə götürüb və bu onlar üçün əlavə xərcdir, əlavə olaraq evlərinin təmirinin korlanması deməkdir. Halbuki qazanxanalar əhalinin MMC – yə ödədiyi pullarla tikilib və bu qazanxanalar əhaliyə xidmət etməlidirlər.
Əhalinin etirazına baxmayaraq, MMC heç bir öhdəliyin yerinə yetirilməyəcəyini bildirib və aksiya bu dəfə də nəticəsiz qalıb.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər