BolgeXeber.Com » Xəbərlər » Bakıda kişini seks görüntüləri ilə şantaj edib 108 min manatını aldılar

Bakıda kişini seks görüntüləri ilə şantaj edib 108 min manatını aldılar

10-04-2017, 18:37
Oxunub: 11 147 Bakıda kişini seks görüntüləri ilə şantaj edib 108 min manatını aldılarBakıda kişini intim görüntüləri ilə şantaj edən şəxs ondan 108 min manat alıb

Bolgexeber.com report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, paytaxt sakini 34 yaşlı N.V. hüquq-mühafizə orqanlarına müraciət edərək şantaj olunduğunu bildirib. Şikayətçinin sözlərinə görə, əvvəldən tanıdığı Samir adlı şəxs hədə-qorxu gələrək onun müxtəlif qadınlarla olan intim görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib və həmin görüntüləri yaymamaq müqabilində 100 min manat alıb. Bu ilin fevral ayında həmin şəxs N.V.-dan daha 8 min manat alıb.Əlacsız qalan şəxs polisə müraciət edib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.